Rusiyanın Ermənistandakı səfiri Gümrü hərbi bazasına gedib

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidGümrüdəki 102-ci Rusiya hərbi bazası
Gümrüdəki 102-ci Rusiya hərbi bazası - Sputnik Azərbaycan
Abunə olmaq
Polkovnik Vladimir Elkanov diplomatik korpusun nümayəndələrini hərbi baza və bazada olan ən müasir silahlarla tanış edib

BAKI, 5 iyul — Sputnik. Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin və Ermənistanda fəaliyyət göstərən rusiyalı digər diplomatlar Gümrüdəki 102 saylı hərbi bazada olublar. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

© Photo : Ermənistan baş nazirinin rəsmi saytıRusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin - Sputnik Azərbaycan
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin

Diplomatlar Rusiyanın Gümrüdəki hərbi bazasının komandir heyəti, Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin nümayəndələri, Ermənistanın Gümrüdəki Baş Konsulluğu, Şirak vilayətinin rəhbərliyi ilə görüşüb.

Rusiya hərbi bazasının komandiri polkovnik Vladimir Elkanov diplomatik korpusun nümayəndələrini hərbi baza və bazada olan ən müasir silahlarla tanış edib.

Xəbər lenti
0