Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Minik avtomobilinin səhv dönməsi qəzaya səbəb oldu

© Photo : REPORTBakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib
Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzaya səbəb minik avtomobilinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Masallı rayonu ərazisində ağır yol-qəza hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın Cənub bürosunun əldə etdiyi məlumata əsasən, qəza Masallı rayonu Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, “Shacman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində minik maşınının sürücüsü 1991-ci il təvəllüdlü Samir Fərəcov və sərnişinlər 1991-ci il təvəllüdlü Kənan Ağayev, 1995-ci il təvəllüdlü Cavid Nəzərov və 1997-ci il təvəllüdlü İqrar Fərəcli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılblar. Hazırda yaralıların vəziyyəti orta-ağırdır. 

Qeyd edək ki, qəzaya səbəb minik avtomobilinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub və nəticədə avtomobil yoldan çıxıb. Hadisə araşdırılır.

Xəbər lenti
0