İŞİD ilə bağlı qorxunc təhlil: "Geri qayıdırlar..."

© REUTERS / Dado Ruvic/IllustrationİŞİD bayrağı
İŞİD bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Britaniyanın "Independent" qəzeti İŞİD-in Suriyada yenidən güclənməyə və hücumlara başladığını yazıb

BAKI, 5 iyul — Sputnik. Britaniyanın "Independent" qəzeti İŞİD-in Suriyada yenidən güclənməyə və hücumlara başladığını yazıb.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, məlumata görə, son günlər İŞİD-in Suriyadakı fəaliyyətini artırdığına yönəlik hadisələr tez-tez baş verməyə başlayıb. Rakkadakı bombalı hücumlar, rəqib silahlı dəstələrin döyüşçülərini qaçırmaq, yeni torpaqlar ələ keçirib buralarda yeni bazaların yaradılması bu proseslər arasında sayılır.

İŞİD üzvlərinin 8-10 min arasında olduğu deyilir.

Xəbərdə, bölgədə Amerika əsgərlərinin azalması ilə yanaşı, fransız əsgərlərinin sayının artdığı, ancaq fransızların vaxtlarının böyük hissəsini silahlı müxalif qruplar arasındakı daxili münaqişələri dayandırmağa çalışmaqla keçirdiyi də bildirilir.

Bundan başqa, qəzet Bəşər Əsədin beynəlxalq havadarları olan Rusiya ilə İran arasındakı parçalanma və mübahisələrin artdığını da yazır.

Xəbər lenti
0