Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İranlı nazir Trampın tvitlərinin neftin qiymətinə təsirindən danışdı

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidНефтегазовое месторождение, фото из архива
Нефтегазовое месторождение, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti xatırladıb ki, onun ölkəsi "qəpik-quruş" hesabına bir çox təşkilatlara üzv olan ölkələri qoruyur

BAKI, 5 iyul — Sputnik. ABŞ prezidenti Donald Trampın "Twitter"-də öz tvitləri ilə neftin qiymətinin artmasına səbəb olub. Sputnik Azərbaycan "Vesti"yə istinadən xəbər verir ki, bunu İranın OPEK-dəki nümayəndəliyinin rəhbəri Huseyin Kazımpur Ərdəbili bildirib.

"Sizin tvitləriniz bir barel üçün qiyməti ən azı minimum 10 dollara qədər artırdı. Zəhmət olmasa bunu dayandırın", — deyə İran rəsmisi bildirib.

Kazımpur Ərdəbili bəyan edib ki, Amerika lideri İran və Səudiyyə Ərəbistanı arasında gərginliyi artırmaq istəyir.

Qeyd edək ki, bu gün Birləşmiş Ştatlar prezidenti Donald Tramp Neft İxrac edən Ölkələr Birliyi (OPEC) neftin qiymətini sabit saxlamaq üçün çox az şey etdiyini bildirib.

"OPEC monopoliyası anlamalıdır ki, neftin qiymətləri qalxır, onlar isə bunun qarşısını almaq üçün çox az iş görürlər. Əgər edirlərsə belə, qiymətlər yalnız qalxır" — deyə Tramp vurğulayıb.

ABŞ prezidenti xatırladıb ki, onun ölkəsi "qəpik-quruş" hesabına bir çox təşkilatlara üzv olan ölkələri qoruyur: "Bunun qarşılığı olmalıdır. Dərhal qiymətləri aşağı salın!".

Xəbər lenti
0