Ərdoğanın var-dövləti açıqlandı: "Volkswagen Passat"...

© Photo : Cem Oksuz / Presidential Palace / Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Ərdoğanın Mehmet Gür adlı iş adamına, ümumilikdə 2 milyon TL borcu var

BAKI, 5 iyul — Sputnik. Bu gün Türkiyənin rəsmi dövlət qəzetində iyunun 24-ü Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinin nəticələri yayımlanıb. Sputnik Türkiyə xəbər verir ki, nəticələrlə yanaşı, prezident və yeni deputatların gəlir bəyannaməsi də açıqlanıb.

"Resmi Gazete", həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mal varlığına ötən il Üsküdarda aldığı 4 milyon TL dəyərində mənzili də əlavə edib.

Ərdoğan, həmçinin bank və əlində, ümumilikdə 6 milyon 347 min 760 TL (2,326314 AZN) ifadə edilib. Onun, həmçinin Mehmet Gür adlı iş adamına, ümumilikdə 2 milyon TL borcu var.

Türkiyə prezidentinin, eyni zamanda Bollucada 376 kvadratmetrlik torpaq sahəsi (40 min lirə), Rize Guneysuda 2 min metr torpaq sahəsi (10 min lirə), şirkət ortaqlığı 100-də 12% (95 min lirə), şirkət ortaqlığı 100-də 12% (25 min lirə), şirkət ortaqlığı 100-də 12% (1000 lirə), 340 min ABŞ dolları, 174 ədəd cümhuriyyət qızılı, həyat yoldaşı Əminə Ərdoğanın aid qızıl-zinyət əşyaları və 2000-ci il buraxılışı "Volkswagen Passat" markalı avtomobili var.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала