Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Əcnəbi qaçqınların Azərbaycanda əmək fəaliyyətində problem yoxdur”

Abunə olmaq
“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov deyir ki, qaçqınların üzləşdikləri problemlər əmək bazarı yox, digər sahələrlə bağlıdır

Azər Allahverənov: “Qaçqınlar problemlərini demirlər”
““Həyat” Humanitar Dəstək İctimai Birliyi 3 qurumun dəstəyi ilə Azərbaycanda qaçqınların inteqrasiyası ilə bağlı proqram həyata keçirib”. Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov deyib.

Azər Allahverənov bildirib ki, proqram çərçivəsində bir sıra işlər həyata keçirilib:

“Əvvəlcə əcnəbi qaçqınların vəziyyəti, üzləşdikləri problemlər və əmək potensilallarını müəyyən etmək üçün sorğu apardıq. Sorğu zamanı müəyyən edildi ki, sorğuda iştirak edənlərin yarısı Azərbaycanda əmək fəaliyyəti ilə məşğuldur. Qaçqınların üzləşdikləri problemlər əmək bazarı yox, digər sahələrlə bağlıdır. Dövlət Miqrasiya Xidməti əcnəbi qaçqınların üzləşdikləri problemlərin həlli üçün digər qurumlarla birgə işlər görür. Sorğu zamanı o da müəyyən edildi ki, əcnəbilərin qaçqın vəsiqəsi olsa da onlar öz problemlərini Dövlət Miqrasiya Xidmətinə demirlər”.

Azər Allahverənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0