CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir dövlət qurumundan isti havalarla bağlı xəbərdarlıq gəldi

CC0 / HelgaKa / SunЖара
Жара - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Baytarlıq Xidməti isti hava şəraiti ilə əlaqədar fermerlərə xəbərdarlıq edib

BAKI, 5 iyul — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti havaların isti keçməsi ilə əlaqədar görülməsi vacib olan tədbirlərlə əlaqədar xəbərdarlıq yayıb. 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, anomal hava şəraiti dövründə kənd təsərrüfatı heyvanları və ev quşları arasında qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi zəruridir.

Dövlət Baytarlıq Xidməti fermerlərə tövsiyə edir ki, heyvanları günün isti vaxtlarında (saat 11:00-dan 17:00-dək) günvurmadan qorumaq üçün baytarlıq-sanitariya qaydalarına uyğun saxlamaq, iri və xırdabuynuzlu heyvanları qan-parazitar xəstəliklərdən qorumaq məqsədilə baytar həkiminin nəzarəti altında vaxtlı-vaxtında çimizdirmək, iribuynuzlu damazlıq heyvanları sərinləşdirici vasitələrdən istifadə edərək temperatur rejimini tənzimləməklə yaşıl yem kütləsi və təmiz içməli su ilə təmin etmək lazımdır.

Xidmət həmçinin Rayon Baytarlıq İdarələrinə əhaliyə məxsus heyvanlar və quşlar arasında profilaktik peyvəndləmələrin, baytarlıq tədbirlərinin epizootik plana müvafiq vaxtlı-vaxtında, təlimata uyğun yerinə yetirilməsini tapşırıb. 

Xəbər lenti
0