Paşinyan indi də prezidentin "torbasını tikir"

© Photo : The President of the Republic of ArmeniaErmənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyan, Yerevan, 21 may 2018-ci il
Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyan, Yerevan, 21 may 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Armen Sarkisyanın istefa verməsi və prezidentin yeni parlament çoxluğu tərəfindən seçilməsinə dair danışıqlar aparılır

BAKI, 4 iyul — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan, böyük ehtimalla Konstitusiyada nəzərdə tutulduğu kimi, 7 il müddətində öz vəzifəsində qalmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.

"Bizdə olan məlumata görə, baş nazir Nikol Paşinyan bu vəzifəyə də öz namizədini gətirmək istəyir. Armen Sarkisyanın cəmiyyətin əsas hissəsində böyük nüfuzu olmasına baxmayaraq, Paşinyan ölkə prezidenti postunu Serj Sarqsyanın təklif etdiyi namizədin tutması fikri ilə barışa bilmir" — nəşr yazır.

"Mənbəmizin verdiyi məlumata görə, hazırda növbədənkənar parlament seçkilərindən sonra Armen Sarkisyanın istefa verməsi və prezidentin yeni parlament çoxluğu tərəfindən seçilməsinə dair danışıqlar aparılır" — deyə məqalədə əlavə olunur.

Xəbər lenti
0