Ermənistanda ölən hərbçilərin övladları və qardaşları hərbi xidmətə aparılmayacaq

© © Ministry of Defence of The Republic of ArmeniaErməni əsgərləri, arxiv şəkli
Erməni əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Hərbi xidmət və hərbçinin statusu haqqında" qanuna dəyişikliklər qəbul olunub

BAKI, 4 iyul — Sputnik. Ermənistanda ölən hərbçilərin qardaşları və uşaqları orduda xidmətdən azad olunacaq. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Hərbi xidmət və hərbçinin statusu haqqında" qanuna planlaşdırılan dəyişikliklər iyulun 4-də hökumətin iclasında qəbul olunub.

Onlar ailədə tək oğul qaldıqları halda hərbi xidmətdən azad olunacaqlar.

Qeyd edək ki, bu qanun 1991-ci ilin dekabrına qədər qüvvədə olub, lakin sonradan ləğv olunub.

Xəbər lenti
0