"Azərenerji" son durumu açıqladı

© pixabay / SkitterphotoQaranlıqda elektrik dirəkləri, arxiv şəkli
Qaranlıqda elektrik dirəkləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanın enerji sisteminin dayanıqlığı yaxın vaxtlarda bərpa olunacaq"

BAKI, 4 iyul — Sputnik. Azərbaycanın enerji sisteminin dayanıqlığı yaxın vaxtlarda bərpa olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, hazırda "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin dördüncü blokunun işə salınması üzrə işlər aparılır: "İndi İES-in üç bloku ştat rejimində işləyir. Dördüncü blokun işə salınması üçün iş gedir. Bütün bunlar ölkənin enerji sisteminin dayanıqlığına təsir göstərir. Yaxın zamanlarda enerji sisteminin dayanıqlığı tam bərpa olunacaq".

Xəbər lenti
0