Vətəndaşlara rəsmi xəbərdarlıq edilir: Riskli vəziyyət yarana bilər

© Sputnik / Murad OrujovЛюди на Бакинском приморском парке
Люди на Бакинском приморском парке - Sputnik Azərbaycan
Abunə olmaq
Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir

BAKI, 3 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 4-də hava şəraitinin günəşli olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, cənub-şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.

Уличный термометр, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müvəqqəti sərinlik gəlir, amma cəhənnəm istisi yenə qayıdacaq...

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 25-27, gündüz 39-41dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyulun 4-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 28-29, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti təşkil edəcək. Cənub-şərq küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında iyulun 4-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 39-44, dağlarda gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0