BAKI, 3 iyul — Sputnik. Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb. İcra başçısına Yunus adlı şəxsin atəş açdığı məlum olub. Həmin şəxs artıq həbs edilib.
© Photo : GŞİH mətbuat xidmətiGəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev
© Photo : GŞİH mətbuat xidməti
Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub.
Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.