BAKI, 3 iyul — Sputnik. Azərbaycanda ötən gecə intihar hadisəsi baş verib. Hadisə Şabran rayonunun Aygünlü kəndində qeydə alınıb.
Şabran Rayon Prakrorluğundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, 1950-ci il təvəllüdlü kənd sakini Surəddin Abuzər oğlu Cəfərov gecə saat 04 radələrində özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb.
Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları gəlib. Mərhum ruhi xəstə olub, Qubada və Maştağada müalicə alıb. Bir müddət imiş ki, otağa qapanıbmış və heç kəslə ünsiyyət saxlamırmış.
Qeyd edək ki, S.Cəfərov ailəli olub, övladları var.
Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.