Dövlət başçısı ölkədə baş vermiş elektrik böhranı ilə bağlı operativ qərar verdi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iştirak edib
İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda iştirak edib - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
"Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb

BAKI, 3 iyul — Sputnik. Prezident İlham Əliyev dünən gecə "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

Qaranlıqda elektrik dirəkləri, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanın qəfildən qaranlığa qərq olmasının ilginc səbəbi — Özəl

"2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunub.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə qərara alıram:

1. "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiya sədrinin müavini

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının Baş prokuroru

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru.

2. Dövlət Komissiyası:

Lift kabinəsi - Sputnik Azərbaycan
HADİSƏ
Məşum gecədə Bakıda nələr yaşanıb?

2.1. hadisənin baş verməsi səbəblərini araşdırsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

2.3. görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin.

3. Azərbaycan Respublikasının Baş Prokurorluğu baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Qeyd edək ki, dünən gecə saatlarında ölkə ərazisinin böyük bir bir hissəsində qəfildən elektrik enerjisi kəsilib. Saatlarla davam edən problem sonradan xeyli dərəcədə aradan qaldırılıb. Bununla belə, hazırda bəzi ərazilərdə hələ də elektrik enerjisi yoxdur.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала