CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin nəzərinə: Paytaxtın bu yolları ilə getməyin

© Photo : Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsiBakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyi diqqət mərkəzindədir
Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyi diqqət mərkəzindədir - Sputnik Azərbaycan
Abunə olmaq
Qara Qarayev prospekti boyunca xüsusən bu istiqamətdə olan metrostansiyalarının ətrafındakı sərnişin sıxlığı nisbətən səngiyib

BAKI, 3 iyul — Sputnik. "Sərnişindaşımada mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir".

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, görülən təcili təxirə salınmaz tədbirlər nəticəsində Qara Qarayev prospekti boyunca xüsusən bu istiqamətdə olan metrostansiyalarının ətrafındakı sərnişin sıxlığı nisbətən səngiyib və vəziyyət normallaşmaqdadır.

"Koroğlu nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə gedən avtobuslar normal fəaliyyət göstərir. 1 və 13 nömrəli marşrut xətti üzrə avtobusların intervalında müəyyən gecikmələr var bu da yollardakı sıxlıqla bağlıdır. Bununla yanaşı, Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində bir qədər sıxlıq var. Analoji vəziyyət şəhərin bir sıra mərkəzi küçələrində də müşahidə edilir. Bunun da avtobusların hərəkətinə mənfi təsirini azaltmaq üçün zəruri tədbirlər görülür, ehtiyac duyulan xətlər üzrə əlavə nəqliyyat vasitələri cəlb edilir. Metronun “20 yanvar” və “Nizami” stansiyaları ətrafında da müəyyən narahatlıq var idi. Artıq bu ərazilərdə də vəziyyət tam nəzarət edilir. Burdan keçən xətlər üzrə daşıyıcılar və BNA əməkdaşları xüsusi rejimdə çalışırlar. Bir daha müraciət edirik ki, belə olan halda insanlarımız maksimum dərəcədə ictimai nəqliyyatdan istifadə etsinlər. Çünki hazırda hərəkətin təşkilində müəyyən çətinliklər var. Bunların da aradan qaldırılması üçün zəruri işlər görülür", — deyə məlumatda vurğulanıb.

Bakı Nəqliyyat Agentliyi bəzi küçə və prospektlərdə işıqforların işləməməsini nəzərə alaraq hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə sürücülərə son dərəcədə ehtiyatlı və diqqətli olmağı tövsiyə edib.

Xəbər lenti
0