BAKI,3 iyul — Sputnik. Paytaxt Bakıda və respublikanın əksər digər şəhər və rayonlarında işıqlarının sönməsinə gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.
Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, "Azərbaycan" İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub.
Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır. Havaların kəskin isti keməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib.
Qarşıdakı bir neçə saat ərzində elektrik erjisinin verilişi bərpa olunacaq.