CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevirdə partlayış olub, FHN hadisə yerində çalışır

Abunə olmaq
Hazırda ölən və ya yaralananların olması barədə məlumat yoxdur

BAKI, 3 iyul — Sputnik. Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 6-cı enerji blokunda partlayış baş verib və yanğın olub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, FHN-nin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub.

Qəza 6-cı blokda baş verib. Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib. Yanğın söndürülüb.

Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub və artıq 6-cı blokda və  yarımstansiyada baş verən yanğın söndürülüb.

Ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

Hazırda ölən və ya yaralananların olması barədə məlumat yoxdur.

Stansiya ərazisinə xidməti maşınlardan başqa heç kim buraxılmır.

Xəbər lenti
0