Generaldan inanılmaz iddia: “İranın buludlarını oğurlayırlar”

© Photo : IRNAGeneral Qulamrza Cəlali
General Qulamrza Cəlali - Sputnik Azərbaycan
Abunə olmaq
İranda yağışın və su ehtiyatlarının azalması ilə ortaya çıxan quraqlıq, ölkədə su böhranına yol açıb

BAKI, 3 iyul — Sputnik. “İrana yağış yağmasını xaricilər əngəlləyir”. Bunu İranın mülki müdafiə təşkilatının sədri, general Qulamrza Cəlali deyib.

Sputnik Azərbaycan “Haber7”ə istinadla xəbər verir ki, Cəlali İranda baş verən iqlim dəyişikliyində əcnəbilərin barmağının olduğunu deyib: “Ölkədəki elm mərkəzləri də bunu təsdiq edir".

O, bildirib ki, İsrail və qonşu ölkələrdən biri İrana gələn buludlardan yağışın yağmasını əngəlləyir: “Biz bulud və qar oğurluğu ilə üzləşirik”.

General bildirib ki, Əfqanıstandan Aralıq dənizinə uzanan zolaqda üzərindəki 2 min 200 metr yüksəklikdə qar olmasına baxmayaraq, İranda eyni yüksəklikdəki yerlər quraqdır.

Məsələyə münasibət bildirən meteoroloji proqnoz və xəbərdarlıq üzrə baş direktor Əhəd Vəzifə isə hazırki texnologiyanın bulud oğurluğuna imkan vermədiyini söyləyib. Onun sözlərinə görə, elmi məlumatlara əsasən, bir ölkənin bulud və ya külək oğurlaması mümkün deyil.  Vəzifə, İranın uzun müddətin quraqlıqla qarşı-qarşıya olduğunu dilə gətirib.

Qeyd edək ki, İranda yağışın və su ehtiyatlarının azalması ilə ortaya çıxan quraqlıq, ölkədə su böhranına yol açıb.

Xəbər lenti
0