Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İnflyasiya 15 illik maksimuma çatdı, dollar yüksəldi

© AFP 2024 / OZAN KOSEСотрудник обменного пункта с турецкими банкнотами в руках, фото из архива
Сотрудник обменного пункта с турецкими банкнотами в руках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İnflyasiya göstəricilərinin açıqlanmasından sonra Türkiyədə dolların məzənnəsi artıb

BAKI, 3 iyul — Sputnik. Türkiyənin statistika qurumu iyun ayı üçün inflyasiya rəqəmlərini açıqlayıb.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, Türkiyədə inflyasiya aylıq 2.61 faiz, illik isə 15.39 faiz olub. İllik inflyasiya 2003-cü ildən bəri ən yüksək səviyyə çatıb. Aylıq artım da 2011-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatıb. Aylıq inflyasiyanın 1,3%, illik inflyasiyanın isə 13,9% olması gözlənilirdi.

İnflyasiya son olaraq 2017-ci ilin noyabr ayında 12.98 faiz artım ilə 14 ilin rekordunu qırmışdı.

İnflyasiya göstəricilərinin açıqlanmasından sonra Türkiyədə dolların məzənnəsi 1,4 % artaraq 4.68 lirəni keçib.

Xəbər lenti
0