Ərdoğandan Azərbaycana mühüm jest

© Photo : Pool Photo via APİlham Əliyev Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidentinin həmin gün Şimali Kipr Türk Cümhuriyyətinə gedəcəyi də bildirilir

BAKI, 3 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk xarici ölkə səfərini Azərbaycana edəcək. Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir ki, Ərdoğan iyul ayının 10-da Bakıya gələcək. Azərbaycana səfər zamanı Türkiyə lideri prezident İlham Əliyevlə görüş keçirəcək.

Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
TƏHLİL
YAP yetkilisi: "Ərdoğanın qələbəsi həm də Azərbaycanın qələbəsidir"

Ərdoğanın həmin gün Şimali Kipr Türk Cümhuriyyətinə gedəcəyi də bildirilir.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq hallında gedən Ədalət və İnkişaf Partiyasının namizədi Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İYİ Partiyasının namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

Xəbər lenti
0