BAKI, 3 iyul — Sputnik. "Bakı və ölkənin elektrik enerjisi təchizatında yenidən problemin yaranması səbəbindən əhalini içməli su ilə təmin edə bilmirik".
Bunu "Report"a "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, Kür və Ceyranbatan sutəmizləyici qurğularında suyun emalı dayanıb.