CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosundakı terrordan 28 il keçir

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidMetro tuneli, arxiv şəkli
Metro tuneli, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Azər Aslanov Moskvada həbs olunub

BAKI, 3 iyul — Sputnik. Bakı Metropoliteninin "28 May" və "Gənclik" stansiyaları arasında hərəkət edən qatarda terror aktı törədilməsindən 24 il ötür. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, 1994-cü il iyulun 3-də törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, 57 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin apardığı təhqiqat nəticəsində terror aktının Dağlıq Qarabağ uğrunda döyüşlərdə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmiş Azər Salman oğlu Aslanov tərəfindən törədildiyi müəyyənləşib. Məlum olub ki, Azər Aslanov anasını girovluqdan azad etmək üçün Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə metroda partlayış törətməyə razılıq verib. Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Azər Aslanov Moskvada həbs olunub. O, Vətənə xəyanət maddəsi ilə mühakimə olunaraq, əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.

Xəbər lenti
0