CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vergilər Nazirliyində ciddi dəyişikliklər: Korrupsiyaya qarşı mübarizə başlandı

© TRENDVergilər nazirliyi
Vergilər nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib

BAKI, 2 iyul — Sputnik. Vergilər Nazirliyində həyata keçirilən digər struktur dəyişikliyi qeydiyyat sahəsi ilə bağlıdır.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib. Departament kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların dövlət qeydiyyatı işinin müasir tələblərə uyğunlaşdırılması, uçot-qeydiyyat məlumat bazalarının təhlili istiqamətində fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İlham Əliyevdən Vergilər Nazirliyi və Gömrük Komitəsi barədə qərar

"Bu gün vergi orqanlarında sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində “bir pəncərə” sistemi fəaliyyət göstərir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu sahəsində yüksək şəffaflıq göstəricisi mövcuddur. Bununla yanaşı, dünyada uçot-qeydiyyat sistemində bir çox yeniliklər tətbiq olunmaqdadır ki, Vergilər Nazirliyi bu sahədə mütərəqqi yenilikləri ölkəmizin milli vergi sistemində tətbiq edəcək. Bu gün ən mühüm məsələlərdən biri sahibkarlıq subyektlərinin qeydiyyatdan sonrakı prosesdə uçot baza məlumatların dürüstləşdiriməsi ilə bağlıdır", deyə məlumatda qeyd olunub.

Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentinin (Katiblik) baş direktoru Nigar Alimova bildirib ki, vergi ödəyicilərin düzgün uçot məlumatları mühüm əhəmiyyət daşıyır: "Vergilər Nazirliyi həm daxildə strukturlararası, həm də digər dövlət orqanları ilə düzgün uçot məlumatlarının verilməsi kimi mühüm vəzifəni həyata keçirir.  Yeni yaradılmış struktur dövlət qeydiyyatı sahəsində mövcud olan işin keyfiyyətini artırılması, mütərəqqi yeniliklərin ölkəyə gətirilməsi, uçot-qeydiyyat məlumat bazalarının dürüstləşdiriməsi istiqamətində fəaliyyət göstərəcək".

Qeyd edək ki, vergi sistemində aparılan struktur islahatlarının əsas məqsədi  vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsidir.

Xəbər lenti
0