Türkiyə ordusu yenə çalxalandı, yüksək rütbəli hərbçilər saxlanıldı

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmənin qərarı ilə Türkiyənin 19 vilayətində şübhəlilərin saxlanılması üzrə əməliyyat keçirilib

BAKI, 2 iyul — Sputnik. Türkiyədə FETÖ şəbəkəsinə qarşı keçirilən istintaq çərçivəsində Quru Qoşunları Komandanlığının 68 üzvü haqqında saxlanılma qərarı verilib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Melikahmet Caddəsi’ndə HDP bayrağarı ilə Türkiyə bayrağları - Sputnik Azərbaycan
FETÖ-çülərdən HDP-yə rekord dəstək – Türkiyə şokda

Ankara Baş Prokurorluğundan verilən məlumata görə, Quru Qoşunları Komandanlığının 68 üzvü terror təşkilatının imamları ilə müntəzəm olaraq xəbərləşib. Məhkəmənin qərarı ilə Türkiyənin 19 vilayətində şübhəlilərin saxlanılması üzrə əməliyyat keçirilib. Bu ana qədər əməliyyatlar nəticəsində 19 nəfərin saxlanıldığı, onların ifadə vermək üçün Ankaraya gətiriləcəyi bildirilir.

Barələrində saxlanılma qərarı verilən şəxslərdən 22-si polkovnik, 27-si isə polkovnik leytenantdır.

Qeyd edək ki, bir həftə əvvəl də Türkiyədə FETÖ-yə üzv olan hərbçilərə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Batman məhkəməsi 57 yüksək rütbəli hərbçi barədə qərar çıxarıb.

Məlumata əsasən, 28 vilayətdə başladılan əməliyyatlar nəticəsində 1 polkovnik leytenant, 3 mayor, 1 kapitan, 8 baş leytenant, 1 leytenant, 32 zabit və 11 çavuş saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, təkcə may ayında FETÖ araşdırmaları çərçivəsində hərbçilərə qarşı bir neçə əməliyyat keçirilib. Ümumilikdə bu əməliyyatlar zamanı 505 hərbçi həbs edilib. Belə ki, mayın 15-də Türkiyədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbçilərinə qarşı da əməliyyat keçirilib. Baş Prokurorluq FETÖ ilə əlaqəsi təsbit olunan HDQ-nin 34 hərbçisi haqqında həbs qərarı çıxarıb. Onlardan 31-i yüksək rütbəli hərbçidir.

Mayın 11-də də Türkiyə Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən FETÖ şəbəkəsinə qarşı irimiqyaslı əməliyyat keçirilib. Əməliyyat İstanbul Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qərarı əsasında baş tutub. Həmin prosesdə ümumilikdə 300 hərbçi saxlanılıb. Onlardan 211-i yüksək vəzifəli zabitdir. Saxlanılan 300 hərbçidən 150-si haqqında məhkəmənin hökmü ilə həbs qərarı verilib.

Xəbər lenti
0