Nüfuzlu LensCulture nəşri özünün illik Street Photography Awards küçə fotoqrafiyası müsabiqəsinin qalibləri və finalçılarının adlarını açıqlayıb.
Finalçıların möhtəşəm işlərinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.
Müasir fotoqrafiyaya həsr olunmuş LensCulture on-line jurnalı özünün "Küçələrinizi göstərin" şüarı altında keçirilən illik Street Photography Awards küçə fotoqrafiyası müsabiqəsinin finalçılarını müəyyənləşdirib.
Münsiflər 170-dən çox ölkə iştirakçısının işləri arasından ən yaxşılarını seçməli olublar. Müsabiqəyə göndərilən fotolar Tokionun futuristik şəhər mənzərələrindən tutmuş Hindistanda gündəlik həyatı göstərən işlərə qədər dəyişib.
Müsabiqənin mükafat fondu 22 min ABŞ dollardır. Həmçinin fotoqrafların ən yaxşı əsərləri Fransanın Arl şəhərindəki sərgidə nümayiş etdiriləcək.