Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kəndlilərimizin zəhməti bəhrə verməyə başlayıb

© REUTERS / Alessandro BIANCHIBarama
Barama - Sputnik Azərbaycan
Abunə olmaq
"Azəripək" MMC tərəfindən 513.5 ton yaş barama qəbul edilib

BAKI, 2 iyul — Sputnik. 1 iyul 2018- ci il tarixinə olan məlumata əsasən respublikanın 38 rayonundan "Azəripək" MMC tərəfindən 513.5 ton yaş barama qəbul edilib. Sputnik Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinə istinadən xəbər verir ki, həmçinin, ölkə üzrə 584.5 min hektar sahədə taxıl biçini aparılıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov - Sputnik Azərbaycan
Kənd təsərrüfatı naziri baramaçılığın və ipəkçiliyin yeni hədəflərini açıqladı

"Bunun 300.1 min hektarı buğda, 284.4 min hektarı arpa sahələridir. Hazırki məlumatlara əsasən buğdanın orta məhsuldarlığı 31 s/ha, arpanınkı isə 27.8 s/ha təşkil edir. Hal-hazırda rayonlarda barama qəbulu və biçin davam etdiyi üçün mövsümün sonuna qədər bu rəqəmlər dəyişəcək" — deyə KTN-dən bildirilib.

Qeyd olunub ki, son bir həftə ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 14 mexanizatorun etbarlılıq müddəti bitmiş sürücülük vəsiqəsi yenisi ilə əvəz edilib, 12 mexanizatora yeni sürücülük vəsiqəsi verilib, 29 kənd təsərrüfatı texnikasının qeydiyyatı aparılıb, 29 kənd təsərrüfatı texnikasına texniki baxış keçirilib.

Xəbər lenti
0