BAKI, 2 iyul — Sputnik. Ermənistan müttəfiqləri, o cümlədən Rusiyadan yeni növ silahların alınması istiqamətində işləri davam etdirir.
Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-mayor Artak Davtyan jurnalistlərin "SU-30SM" qırıcılarının alınması barədə sualını cavablandırarkən bildirib: “Bütün informasiyalar məqsədyönlüyü nəzərə alınaraq acıqlanacaq. Nə zaman lazım olsa, o zaman xəbər verəcəyik".
General ancaq onu bildirib ki, silahların bir hissəsi alınıb, digərləri ilə bağlı proses davam edir.
Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan "Facebook"-da "SU-30SM" qırıcısının kabinəsindən şəkil paylaşıb. O, paylaşıma "artıq Yerevandadır" cümləsi yazıb.