BAKI, 1 iyul — Sputnik. Şəmkirdə süni göldə 4 nəfər boğulub.
"Report"un məlumatına görə, süni göldə boğulanlar Tağlyev Adil Valeh oğlu, Əhmədova Məhəbbət Kazim qızı, Qayıbov Afiq Həsən oğlu (1987-ci il təvəllüdlü) və Əliyeva Zeynəb Ədalət qızıdır (1988-ci il təvəllüdlü).
İlkin məlumatlara görə, süni göldə paltar yuyan qadınlardan biri suya düşüb. Digərləri ona kömək etmək istəyərkən boğularaq ölüblər.