İranlı akademik həyəcan təbili çaldı: "Ölkə Sovet İttifaqı kimi parçalanacaq"

© REUTERS / Raheb HomavandiTehranda valyudəyişmə məntəqəsi, arxiv şəkli
Tehranda valyudəyişmə məntəqəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İranlı siyasətçi və alim Elahe Kulayi ölkədə artan iqtisadi böhranın qarşısı alınmasa, İranın Sovet İttifaqı kimi parçalanacağı xəbərdarlığını edib

BAKI, 1 iyul — Sputnik. İranlı siyasətçi və alim Elahe Kulayi ölkədə artan iqtisadi böhranın qarşısı alınmasa, İranın Sovet İttifaqı kimi parçalanacağı xəbərdarlığını edib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Tehran Universitetinin müəllimi Elahe Kulayi Sovet İttifaqının təcrübəsindən dərs çıxarmasaq onların getdiyi yola doğru gedirik deyib.

O, bildirib ki, vaxtı məhduddur və bir an öncə böhranın qarşısı alınmalıdır. Alim İranın mövcud iqtisadi vəziyyətini Sovet İttifaqının son dövrlərindəki vəziyyətinə bənzədib.

Bir neçə gündür Tehranda əsnaflar iqtisadi problemlərə etiraz etmək üçün yerlərini bağlayırlar.

İranda dolların qısa müddət ərzində 4 min tüməndən 7 min 500 tümənə qədər yüksəlməsi Həsən Ruhani hökumətinin aprel ayında sərbəst valyuta alqı-satqısının qadağan edilməsinə səbəb olmuşdu. ABŞ prezidenti Donald Trampın ötən ay nüvə müqaviləsindən çəkildiyini və yeni sanksiyaların tətbiq olunacağını açıqlaması İran bazarlarına mənfi təsir etmişdi.

Digər tərəfdən, Tehran rəhbərliyi ölkə iqtisadiyyatını yaxşılaşdırmaq əvəzinə regiondakı nüfuzunu artırmaq üçün nəzarətindəki silahlı qrupları maliyyələşdirdiyi səbəbindən tənqid edilir.

Tehran Universitetinin müəllimi Elahe Kulayi reformist kimi tanınan keçmiş prezident Məhəmməd Xatəmi dövründə deputat olub. O, Tehranda bələdiyyə sədrliyinə də namizədliyini irəli sürmüş, lakin, seçilməmişdi.

Xəbər lenti
0