CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yandırılan şinlər, "qoçuluq" edən işçilər və tüstünün ətraf mühitə zərərləri…

© Sputnik / Irade JELILİstifadə edilmiş avtomobil şinləri
İstifadə edilmiş avtomobil şinləri - Sputnik Azərbaycan
Abunə olmaq
Ərazini çox gəzə bilməsəm də, "təkər qəbiristanlığı"nın paytaxt üçün böyük bir təhlükə mənbəyi olduğunu anladım

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik. Bir neçə gün öncə Binəqədi qəsəbəsində keçmiş Ağac Emalı Zavodunun, təxminən 500 m2 ərazisində işlənmiş avtomobil şinləri yanıb. Nəticədə ətrafa qatı tüstü yayılıb ki, bu da havanının çirklənməsinə səbəb olub.

Avtomobil şinləri təkrar emal edilmədiyi üçün saxlanıldığı ərazilərdə təhlükəsizlik qaydalarına riayət edilmədən yandırılır. Təbii ki, təkərin tərkibi müxtəlif zərərli kimyəvi maddələrdən ibarətdir və yandırılarkən havaya yayılan tüstü insanlar üçün ciddi təhlükəyə səbəb olur.

© Sputnik / Irade JELILİstifadə olunmuş avtomobil şinləri
İstifadə olunmuş avtomobil şinləri  - Sputnik Azərbaycan
İstifadə olunmuş avtomobil şinləri

Şinlərin yanmasından və utilə edilməsindən isə daha ciddi tullantılar yaranır ki, bunlar da insan sağlamlığı və ətraf mühit üçün uzun müddətli çirklənmələrə səbəb olur. Şinlər yandırıldıqda atmosferə 23 adda tullantılar atılır və bunlardan yarısı demək olar ki, ən qorxulu kanserogen xarakterli zəhərlərdir: karbon qazı, kükürd və azot oksidləri, qurğuşun, civə, dioksinlər, furanlar və s.

"Təkər qəbiristanlığı"…

Ötən gün yolumu "təkər qəbiristanlığı"ndan saldım. Məqsədim yanan ərazini çəkmək və yaxınlıqda yaşayış evlərinin olub-olmamasını öyrənməkdən ibarət idi. "Dərnəgül" metro stansiyasının yaxınlığında yerləşən "təkər qəbiristanlığı"nın yaxınlığında müxtəlif — təkər təmiri, mebel, taxta və s. sexlər fəaliyyət göstərir.

Ərazidə gəzdiyim zaman qarşımda yüksək sürətlə hərəkət edən "85CE212" dövlət nömrə nişanlı "Vaz 2101" markalı avtomobil saxladı. Avtomobildəki iki gənc məndən maşına oturmağı xahiş etdi. Özlərini "idarənin" işçiləri kimi təqdim edən və vəsiqəsiz çalışdıqlarını deyən gənclər aqressiv hərəkət edir, qışqıra-qışqıra ərazidə çəkilişə icazə verilmədiyini bildirirdilər. Tez bir zamanda onların avtomobilinə minib ərazidən uzaqlaşmağımı tələb edirdilər.

© Sputnik / Irade JELILİstifadə olunmuş avtomobil şinləri
İstifadə olunmuş avtomobil şinləri  - Sputnik Azərbaycan
İstifadə olunmuş avtomobil şinləri

Avtomobilə minməkdən imtina edib, yoluma davam etmək istəsəm də, onlar avtomobili yüksək sürətlə idarə edir, toz qaldırır və ərazidə onların sözünün keçdiyini təkrar edirdilər deyirdilər. Məcburiyyət qarşısında qalıb oradan uzaqlaşdım. Ərazini çox gəzə bilməsəm də, "təkər qəbiristanlığı"nın paytaxt üçün böyük bir təhlükə mənbəyi olduğunu anladım.

Qeyd edim ki, ərazi səbəbsiz yerə "təkər qəbiristanlığı" adlandırılmır. Orada böyük bir ərazi istifadəyə yararsız təkərlərlə dolu idi. Yəni "idarə"nin həyəti bir kibrit çöpü ilə dərhal alovlanacaq qədər təhlükəlidir. Ancaq görünən budur ki, bu "idarə"nin rəhbərliyi işçilərə təhlükəsizlik qaydalarına riayət etməyi deyil, ancaq "qoçuluq" etməyi təlqin edib…

Nazirlik nə deyir?

Məsələ ilə bağlı Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mövqeyini öyrənməyə çalışdıq. ETSN-nin Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirdi ki, şin yanan zaman ilk növbədə onun tərkibindəki qatqılar — bizim his dediyimiz bərk hissə, sonra kükürd anhidridi, benzaperen və digər zərərli maddələr ayrılır. Bu maddələrin ətraf mühitə və insan sağlamlığına böyük zərərləri var.

© Sputnik / Irade JELILKeçmiş Ağac Emalı Zavodunun ərazisində atılmış köhnə avtomobil şinləri
Keçmiş Ağac Emalı Zavodunun ərazisində atılmış köhnə avtomobil şinləri - Sputnik Azərbaycan
Keçmiş Ağac Emalı Zavodunun ərazisində atılmış köhnə avtomobil şinləri

M.Avazova, həmçinin həmin zərərləri də sadaladı: "His ağ ciyərlərə çökür və oksigen yayılmasını pozur. Nəfəs yolları və qanın xəstəliklərinə gətirib çıxarır. Bronxial-astma xəstələri bu zərərləri daha çox hiss edir və boğulurlar. Əgər hisə məruz qalma mütəmadi olaraq davam edərsə, digər orqanlara da zərəri olur, onları sıradan çıxarır. Şinlər yandığı zaman ayrılan kükürd anhidridi insan orqanizminə mənfi təsir etdiyi kimi bitkilərə də pis təsirini göstərir".

Müsahibimiz bildirdi ki, şinlərin yanması zamanı ayrılan dioksinlər zəhərli maddələrdir və insanlar buna mütəmadi olaraq məruz qaldıqları təqdirdə daha ağır xəstəliklərlə nəticələnir: "Məsələn, şin istehsalında çalışan işçilərdə xərçəngə yoluxma riski daha böyükdür. Şinlərin yanması zamanı ayrılan maddələr bədxassəli xəstəliklərin törədiciləridir. İnsanın sağlamlığında, nəfəs yollarında problemi varsa, tüstüyə məruz qalma boğulmaya, hətta ölümə də səbəb ola bilər".

Ekspert onu da qeyd etdi ki, Bakı küləklər şəhəri olduğu üçün həmin zərərli maddələr havada çox qalmır, yayılır: "Şinlərin yanması zamanı ayrılan maddələr qaz qarışıqlarıdır. Bu da küləklə yayıla-yayıla zəifləyir. Ancaq yanma zamanı ayrılan bərk hissələr isə bir yerdən digər yerə daşınır. Qazlar zamanla ayrılır və təsirini itirir. Bərk maddələr isə insanın ciyərinə belə çökə bilir".

"Bir neçə gün öncə baş verən hadisə birdəfəlik hadisə idi. Belə hadisələr əsas verir ki, tullantılara olan nəzarət ciddiləşdirilsin. Bu tullantılar bilərəkdən və ehtiyatsızlıqdan yandırılmamalıdır", — deyə müsahibimiz vurğuladı.

Qanun nə deyir?

Şinləri yandıraraq ekologiyaya böyük zərər vuran insanlar barədə qanunda hansı cəza tədbirlərinin nəzərdə tutulduğuna isə hüquqşünas Fərid Həmidli aydınlıq gətirdi: "İnzibati Xətalar Məcəlləsinin 234.0.6 maddəsində qeyd olunur ki, müəssisə, "İDARƏ" və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsinə görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir".

© Sputnik / Irade JELILKeçmiş Ağac Emalı Zavodunun ərazisi
Keçmiş Ağac Emalı Zavodunun ərazisi - Sputnik Azərbaycan
Keçmiş Ağac Emalı Zavodunun ərazisi

Hüquqşünas onu da qeyd etdi ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə görə, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək, vəzifəli şəxslər iki min manatdan üç min manatadək, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Ekoloqlar nə deyir?

"Energetika və Ekologiya" MİB-in sədri, ekoloq Vaqif Əliyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, tullantı avtomobil şinləri müasir ətraf mühitin problemi olaraq öz həllini tapa bilmir: "İnkişaf etmiş ölkələrdə işlənən şinin elastikliyi yox olanda onu, daha bir neçə il işlətmək mümkün olduğu halda, dəyişirlər. Çünki həmin təkərasfalt örtüyündən yığdığı zərərli maddələrin yayılmasına xidmət edir. Bizimkilər isə həmin şinləri alıb ölkəyə gətirirlər. Nəticədə də ətraf mühit və insan sağlamlığı üçün təhlükə yaradırlar".

V.Əliyev vurğuladı ki, tullantı şinlər yandırılmadıqda belə, yığılıb qaldıqda ağcaqanad və digər ziyanverici həşəratlar üçün yuva rolunu oynayır. Həmçinin qalaqlanıb qalmış şinlər hər zaman yanğın təhlükəsi deməkdir.

Ekoloqun sözlərinə görə, yandırılan şinlərin söndürülməsi də çox çətin olur: "Şinlərin utilləşdirilməsi baha başa gəlir. Energetika sobalarında elektrik və istilik alınması üçün istifadə edilir və yanma rejimi düzgün seçilməyəndə dioksinlər və furanlar alınır ki, bunlar da birinci dərəcəli zəhərli maddələrdir. Novruz bayramında tonqal əvəzinə yandırılan şinlər də ətraf mühiti dayanıqlı zəhərli maddələrlə çirkləndirir.".

"Amma təəssüf ki, rezin şinləri əvəz edən digər şinlər hələ ki, istehsal olunmur və nə qədər ki, avtomobil sənayesinin artım dinamikası yüksələcək, tullantı şin problemi bir o qədər aktual olacaq", — deyə V.Əliyev qeyd etdi.

Xəbər lenti
0