BAKI, 1 iyul — Sputnik. Hindistanda dəhşətli hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qadın onu ələ salan ərini və qohumlarını həşərat dərmanı ilə zəhərləyərək, 5 nəfərin ölümünə və 120 nəfərin zəhərlənməsinə səbəb olub.
Məlumata əsasən, əri və onun qohumları qadını dərisinin rənginə və bişirdiyi yeməklərə görə ələ salırmış. Buna dözə bilməyən 23 yaşlı qadın ərinin və onun qohumlarının dəvət edildiyi mərasimdə yeməklərə həşərat dərmanı qataraq onları öldürmək istəyib. Gənc qadın həbs edilib.
Hadisə zamanı 4-ü uşaq olmaqla 5 nəfər ölüb. Dərmandan zəhərlənən 120 nəfər isə xəstəxanaya çatdırlılıb.