Ölümünü dəqiq bilən ekstrasensdən Dünya müharibəsi barədə qorxunc proqnoz

© AFP 2024 / Peter Kneffel / dpa İnsan siluetləri, arxiv şəkli
İnsan siluetləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İrlmayer ölən zaman son sözləri belə olub: "Gördüyüm hadisələri yaşamayacağım üçün ölməyimə sevinirəm"

BAKI, 1 iyul — Sputnik. 1894-cü ildə Almaniyada dünyaya gələn 1959-cü ilə kimi yaşayan bir nəfər tarixdə iz qoymağı bacarıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu şəxs mədəndə işləyib. Aloiz İrlmayer eyni zamanda gələcəyi görə bilmə qabiliyyətinə malik olub. O, hətta İkinci Dünya müharibəsi zamanı bombalanacaq yerlər haqqında düzgün məlumat belə verə bilmişdi. Bu qabiliyyəti ona tez bir zamanda məşhur olmağa kömək edib. Eyni zamanda o, bir çox cinayətlərin üstünün açılmasına səbəb olub. Daha sonra İrlmayer cadugər adlandırılıb. Məhkəmə zamanı İrlmayerin hakimin həyat yoldaşını heç vaxt görməsə də onun haqqında düzgün informasiya verməsi, hətta həmin gün hakimin həyat yoldaşının geyimini düz deməsi zalda olan hər kəsi heyrətləndirib. Hakim bu hadisədən sonra ona inanıb və o, sərbəst buraxılıb.

© © PUBLIC DOMAINAlois Irlmaier
Alois Irlmaier - Sputnik Azərbaycan
Alois Irlmaier

O, gələcəyi bəzən film kimi görürdü, bəzən rəqəmlər və şifrələrlə görə bilirdi. Öngörücü hətta özünün 1959-cu il iyul ayında öləcəyini də görmüşdü.

Ekstrasens eyni zamanda Üçüncü Dünya müharibəsinin olacağını da deyib. O bildirib ki, tarixi dəqiq deyə bilmir, amma bu müharibə yağışlı bir gecədə başlayacaq və çox insanın ölümü ilə nəticələnəcək.

İrlmayer ölən zaman son sözləri belə olub: "Gördüyüm hadisələri yaşamayacağım üçün ölməyimə sevinirəm".

Xəbər lenti
0