BAKI, 1 iyul — Sputnik. Finlandiyada "Kotisari adası" adlanan yerdə 9 nəfər yaşayır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, füsunkar ada Rovaniemi şəhərindədir.
Bu adada cəmi 9 nəfər yaşayır və onlar odunçuluqla məşğuldular. 50 mindən çox gölü olan Finlandiyanın ən diqqəti çəkən adası da məhz budur. Bu ada nəinki yerli sakinlərin, hətta turistlərin də diqqətini özünə cəlb etməyi bacarır.