BAKI, 30 iyun — Sputnik. Futbol üzrə XXI dünya çempionatında 1/8 finalın ikinci görüşü keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu oyunda Uruqvay və Portuqaliya üz-üzə gəliblər.
Oyunun birinci hissəsində hesabı uruqvaylılar açıblar. 7-ci dəqiqədə Edinson Kavanı Cənubi Amerikadan olan millini irəli çıxarıb — 1:0. Portuqaliyalıların buraxılan topun əvəzini çıxmaq üzrə bütün cəhdlərinə baxmayaraq ilk yarı elə bu hesabla başa çatıb.
İkinci yarıya portuqallar daha fəal başlayıblar. 55-ci dəqiqədə Pepe hesabı bərabərləşdirib —1:1. Lakin onların sevinci uzun sürməyib. 62-ci dəqiqədə Kavani yenidən uruqvaylıları irəli çıxarıb — 2:1. Görüş elə bu hesabla qurtarıb.
Beləliklə, 1/4 finalda Fransa və Uruqvay milliləri üz-üzə gələcəklər.