Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Göyçayda yenidən istifadəyə verilən körpü bir daha çökdü — FOTO

© Photo : APAGöyçay çayı üzərindən keçən körpüdə təmir işləri, 30 iyun 2018-ci il
Göyçay çayı üzərindən keçən körpüdə təmir işləri, 30 iyun 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları cəlb olunub

BAKI, 30 iyun — Sputnik. İyunun 2-də Göyçay çayına gələn sel nəticəsində uzunluğu 76 metr olan körpünün dağılan 20 metrlik hissəsi yenidən bərpa olunsa da, bu gün həmin ərazidə çökmə baş verib.

APA-nın xəbərinə görə, əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları cəlb olunub. Bu gün səhər saatlarından indiyədək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində nəqliyyatın hərəkətində fasilələrlə çətinliklər yaranıb. Körpüdə bərpa işlərinə başlanıb. Bir neçə dəfə yol bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşıb və sonradan açılıb.

© Photo : APAGöyçay çayı üzərindən keçən körpünün uçmuş hissəsinin bərpası, 30 iyun 2018-ci il
Göyçay çayı üzərindən keçən körpünün uçmuş hissəsinin bərpası, 30 iyun 2018-ci il  - Sputnik Azərbaycan
Göyçay çayı üzərindən keçən körpünün uçmuş hissəsinin bərpası, 30 iyun 2018-ci il

Hazırda yola yenidən asfalt örtüyünün vurulması ilə əlaqədar körpünün üstündən avtomobillərin keçidi tamamilə dayanıb, tıxac yaranıb.

Qeyd edək ki, selin dağıtdığı avtompbil körpüsü bərpa işlərindən sonra iyunun 23-də istifadəyə verilmişdi.

Xəbər lenti
0