Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Firəngiz Əlizadə: “Bayram bayrama qarışıb”

© Photo : REPORTFirəngiz Əlizadə
Firəngiz Əlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı haqqında danışır

Firəngiz Əlizadə: “Azərbaycanın elm xadimləri də festivalda iştirak edəcəklər”
“İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çox əlamətdar bir zamanda keçirilir”. Bu il bir sıra yaddaqalan hadisələrlə zəngindir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə deyib.

“Azərbaycan Xalq Cümhuriyyətinin və dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyləri möhtəşəm tədbirlərlə qeyd olunur. Bir sözlə, bayram bayrama qarışıb və biz festivala çox gözəl əhvali-ruhiyyə ilə başlayırıq. Festivalın tarixində ilk dəfə olaraq bu il UNESCO-nun “Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının” (İCTM) “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq Elmi Simpoziumu keçiriləcək. Tədbirdə Yaponiyadan Almaniyayadək, 10 müxtəlif ölkədən çox tanınmış, nüfuzlu alimlər, həmçinin Azərbaycanın görkəmli elm xadimləri iştirak edəcəklər” — deyə o bildirib.

İyunun 27-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə “Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı başlayıb.

Firəngiz Əlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0