O, bildirib ki, Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri həm region, həm də dünya üçün olduqca böyük əhəmiyyətə malik idi:
“Cənab Ərdoğanın prezident seçkilərində qalib gəlməsi Türkiyə və regionda sabitliyin qorunması deməkdir. Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti ilə eyni mövqedən çıxış etməsi, Azərbaycanın maraqlarını Türkiyənin maraqları kimi yüksək səviyyədə qoruması, Azərbaycan cəmiyyətində ona böyük bir rəğbət yarada bilib”.
Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq hallında gedən Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.