BAKI, 30 iyun — Sputnik. Əfqanıstan prezidenti Əşrəf Qəni "Taliban" hərəkatı ilə atəşkəsin başa çatdığını elan edib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Prezident bildirib ki, artıq hökumət qüvvələri qruplaşmaya qarşı əməliyyatlarını davam etdirəcəklər.
Qəni qeyd edib ki, "Taliban"ın bir çox üzvləri sülh istəyirlər və atəşkəs hərəkatın müharibədən yorulduğunu sübut edib".
Dövlət başçısı hökumətin "Taliban"ı hərbidən siyasi qruplaşmaya çevirmək istəyində olduğunu deyib.
Əfqanıstanda hökumət qüvvələri ilə "Taliban" arasındakı atəşkəs iyunun 11-dən başlamışdı.