Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Vaşinqton Azərbaycana dəstək verməkdə maraqlıdır”

© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan
Abunə olmaq
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, ABŞ şirkətləri son on ildə böyük layihələrdə aktiv iştirak etmirlər

İlham Şaban: “ABŞ Xəzəryanı ölkələrin siyasətini hər zaman dəstəkləyir”
“ABŞ enerji layihələrinə dəstək verməklə ölkələrin müstəqilliyinə dəstək verir”. Bunu Sputnik Azərbaycan-a Azərbaycan-ABŞ əlaqələrinin energetika sahələrindəki perspektivlərini şərh edərkən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

O bildirib ki, ABŞ şirkətləri ötən əsrin 90-cı illərindən Azərbaycanın energetika sahəsində fəaliyyət göstərirlər: “Düzdür son on ildə böyük aktivliyi yoxdur. Bu şirkətlər böyük layihələrdə iştirak etmirlər. Onlar daha çox servis layihələrində aktivlik göstərirlər. ABŞ Xəzəryanı ölkələrin Xəzərin karbohidratlarının işlənməsi ilə bağlı siyasətini hər zaman dəstəkləyir. ABŞ anlayır ki, enerji təhlükəsizliyi bu ölkələrin milli təhlükəsizliyidir. Bu ölkələr Avropanın enerji təhlükəsizliyinə, onun şaxələndirilməsinə öz töhfələrini verirlər. Bu amillərə görə, Vaşinqton bu ölkələrin, o cümlədən Azərbaycana dəstək verməkdə maraqlıdır”.

Ötən gün Prezident İlham Əliyev ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uelsi qəbul edib. Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində uğurla inkişafı barədə fikir mübadiləsi aparılıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0