BAKI, 29 iyun — Sputnik. Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 768 m² olan birmərtəbəli inzibati binanın 1 otağında rəf və sənədlər yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bina yanğından mühafizə olunub, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Nəsimi rayonunda da yanğın olub. Çoxmərtəbəli yaşayış binasının zirzəmisində 16 ədəd elektrik sayğacı, 8 ədəd qoruyucu açar və çıxış kabeli 5 p.m. yanıb. Digər sayğaclar yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.