BAKI, 29 iyun — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bu gün keçirdiyi əməliyyat nəticəsində məşhur "qanuni oğru" Artyom Arutyunyanı (Artoym Konevski) həbs edib. Bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir.
Qeyd edək ki, ötən gün Yerevanın Alanayam keçəsində ofislərdən birində kriminal avtoritet Artyom Arutunyana məxsus ofislərdən birində axtarış aparılıb. MTX əməliyyatla bağlı daha geniş informasiya verəcəyini açıqlayıb.
Xatırladaq ki, Ermənistanda ötən həftə "qanuni oğrulara" qarşı genişmiqyaslı əməliyyat keçirilib. Ümumilikdə əməliyyatlar nəticəsində kriminal aləmlə bağlı 30-dan çox şəxs həbs olunub.