Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Maliyyə naziri zərurətləri açıqladı

© Sputnik / Murad OrujovМинистр финансов Самир Шарифов
Министр финансов Самир Шарифов - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Şərifov dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradan səbəbləri açıqlayıb

BAKI, 29 iyun — Sputnik. Dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın "Azərenerji" ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin ötürülməsi, yol infrastrukturlarının tikintisi və yenidənqurulması və digər zəruri dövlət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əlavə maliyyə təminatının formalaşdırılması üçün ehtiyac yaranıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazirin sözlərinə görə, bu tədbirlərin həyata keçirilməsi üçün tələb olunan əlavə vəsaitin 2018-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi imkan xaricindədir. Beləliklə, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması və əlavə xərclər üzrə maliyyə təminatının yaradılması üçün 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılması zərurəti yaranıb.

Xəbər lenti
0