Dövlət Departamentindən Türkiyədə terror xəbərdarlığı

© AFP 2023 / BULENT KILICTürkiyə Silahlı Qüvvələri Suriyada
Türkiyə Silahlı Qüvvələri Suriyada - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın bu regionlarda təcili yardım göstərmək imkanları məhduddur

BAKI, 29 iyun — Sputnik. ABŞ Dövlət Departamenti Türkiyədə terror təhlükəsinin artması barədə xəbərdarlıq edib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Dövlət Departamenti ölkə vətəndaşlarını Türkiyənin Suriya ilə sərhəddə yerləşən cənub-şərq vilayətlərinə səyahət etməməyə çağırıb.

Dövlət Departamentinin məlumatında vurğulanır ki, terrorçular xüsusilə Qərb ölkələrinin vətəndaşlarını hədəfə alır. Departament amerikalıları insanların çox toplaşdığı ərazilərdə — tarixi yerlərdə, nəqliyyat qovşaqlarında, ticarət mərkəzlərində xüsusilə diqqətli olmağa çağırıb.

Məlumatda qeyd olunur ki, ABŞ-ın bu regionlarda təcili yardım göstərmək imkanları məhduddur.

Xəbər lenti
0