Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Cari ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi

Abunə olmaq
Samir Şərifov: "Yenidən baxılma ilə cari ilin dövlət büdcəsinin xərclərinin 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur"

BAKI, 29 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər müzakirə edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, maliyyə naziri Samir Şərifov bildirib ki, cari ilin dövlət büdcəsinin gəlirləri 22 milyard 110 milyon manat proqnozlaşdırılır.

Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Milli Məclis sonuncu iclasını keçirir

"Bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur. Yenidən baxılma ilə cari ilin dövlət büdcəsinin xərclərinin 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur. Bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 466,5 milyon manat çoxdur" — Şərifov vurğulayıb.

Nazir qeyd edib ki, dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur: "Bu ilin beş ayında neftin orta qiyməti 71,1 dollar/barel olub, hazırda 78 dollar/bareldən çoxdur".

Sonda dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0