Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 29 iyun — Sputnik. Bakıda öz dostunu qətlə yetirən naxçıvanlı Gürcüstanda saxlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.
Səbail rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 28 fevral 2017-ci il tarixində Bakının Bayıl qəsəbəsində törədilmiş qətlin üstünü açıblar.
1985-ci ildə Naxçıvanda anadan olmuş Nağıyev Əli Rəfail oğlu bu il iyunun 27-də Gürcüstandan Bakıya ekstradisiya edilib. Nağıyev qonşu ölkədə istintaqdan gizlənirmiş. Hələlik yalnız o məlumdur ki, Nağıyev dostu ilə dalaşaraq onu bıçaqlayıb. Bıçaqlanan şəxs hadisə yerindəcə ölüb. Nağıyev dostunu küçədə qan içində qoyaraq qaçıb və hüquq-mühafizə orqanlarının əlinə keçməmək üçün qonşu ölkədə özünə sığınacaq tapıb.
Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.