CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev daha bir quruma pul ayırdı

Abunə olmaq
Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb

BAKI, 29 iyun — Sputnik. Prezident İlham Əliyev elektron kənd təsərrüfatının formalaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan  xəbər verir ki, sərəncama əsasən, elektron kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

Sərəncam aqrar sahəyə dövlət dəstəyinin səmərəli təşkili, bu sahədə hesabatlılığın və şəffaflığın təmin edilməsi məqsədilə imzalanıb.

Xəbər lenti
0