BAKI, 29 iyun — Sputnik. 2018-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri təsdiq edilmiş göstəriciyə nisbətən 31 milyon manat artırılaraq 951 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu da cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 1,3 faizinə bərabər olacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə dair izahatda əksini tapıb. Kəsirin yuxarıda qeyd olunan artımı dövlət büdcəsinin 2018-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcək.