Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda daha bir zəlzələ baş verdi

© AFP 2024 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeraltı təkanlar Saatlının mərkəzindən 24 km şimal-şərqdə qeydə alınıb

BAKI, 29 iyun — Sputnik. Saatlı rayonunda zəlzələ olub. Sputnik Azərbaycan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, təbiət hadisəsi bu gün yerli vaxtla saat 14:57:56-də baş verib.

Yeraltı təkanlar rayon mərkəzindən 24 km şimal-şərqdə qeydə alınıb. Maqnitudası 3.8 dərinliyi 39 km olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Quba rayonu ərazisində də zəlzələ baş verib. Maqnitudası 3.0 olan, 9 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Xəbər lenti
0