ABŞ-dan gözlənilməz etiraf: 939 nəfəri öldürmüşük

© AP Photo / Hussein MallaSuriyada ABŞ hərbçiləri
Suriyada ABŞ hərbçiləri - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ və onun tərəfdaşları Suriya və İraqda İŞİD terror təşkilatına qarşı "Sarsılmaz qətiyyət" adlı əməliyyat həyata keçirir

BAKI, 29 iyun — Sputnik. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriya və İraqa endirdiyi aviazərbələr 939 dinc sakinin ölümü ilə nəticələnib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə koalisiya qüvvələrinin yaydığı hesabatda bildirilir.

Ümumilikdə 2014-cü ildən bəri koalisiya Suriya və İraqa 29596 zərbə endirib.

"Bu müddət ərzində əlçatan informasiyaya əsasən birgə operativ qrupun qiymətləndirilməsinə (CJTF-OIR) əsasən, ən azı 939 mülki şəxs koalisiya qüvvələrinin aviazərbələr nəticəsində ehtiyatsızlıqdan öldürülüb" — deyə mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

May ayının sonunda bu rəqəm 892 olub. Son bir ayda 47 nəfər öldürülüb.

Qeyd edək ki, ABŞ və onun tərəfdaşları Suriya və İraqda İŞİD terror təşkilatına qarşı "Sarsılmaz qətiyyət" adlı əməliyyat həyata keçirir.

Xəbər lenti
0