CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şahzadə öz titulundan imtina edir: Səbəb...

© Photo : Kyodo via REUTERSYaponiya şahzadəsi Ayako Takamado
Yaponiya şahzadəsi Ayako Takamado - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiya İmperator ənənələrinə görə, şahzadə ailə həyatı qurandan sonra bu titulu itirəcək

BAKI, 28 iyun — Sputnik. Yaponiya şahzadəsi Ayako Takamado sevgisinə görə şahzadə olmaqdan imtina etdi. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Ayako sadə insanla ailə həyatı quracağını və şahzadəlikdən imtina edəcəyini elan edib.

Məlumata görə, şahzadə Norixito Takamadonun üçüncü, ən gənc qızı 32 yaşlı Kei Moria adlı şirkət əməkdaşı ilə ailə həyatı qurur.

Sevgililər bir il öncə tanış olublar. Onların nişanı avqustun 12-də, toyu isə oktyabrın 29-da olacaq. Toy mərasimi Meidze məbədində baş tutacaq.

Yaponiya İmperator ənənələrinə görə, şahzadə ailə həyatı qurandan sonra bu titulu itirəcək.

Xəbər lenti
0